SİYASƏT
Moldovanın nüfuzlu qəzeti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yazır
Məqalədə qeyd olunur ki, Moldova Respublikasının parlament vəkili (ombudsman) Aureliya Qriqoriunun himayədarlığı altında keçirilən konfrans ictimaiyyətin diqqətini cəlb edib.
Tədbirdə siyasətçilər, diplomatlar, alimlər, Moldova, Azərbaycan, Ukrayna, Gürcüstan, İsrail, Pakistan və başqa ölkələrin vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Konfransın möhtəşəmliyi onun region və bütövlükdə dünya üçün aktuallığını vurğulayır.
Konfransda Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələr, Ukraynadakı vəziyyətlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də xüsusi diqqət göstərilib.
Beynəlxalq konfransın əsas məqsədi beynəlxalq hüququn başlıca prinsipinin – dövlətin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyinə ictimaiyyətin müasir baxışını təqdim etmək, eləcə də vətəndaş cəmiyyətinin diqqətini tolerantlıq ideyasının inkişafına, ərazi problemlərinin sülh yolu ilə həllinə cəlb etməkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu