SİYASƏT


Moldovanın nüfuzlu xəbər portalları Qarabağdan xüsusi reportajlar hazırlayıb

Kişineu, 16 iyul, AZƏRTAC

Moldovanın nüfuzlu xəbər portalları Azərbaycanın işğaldan azad olunan ərazilərindən, o cümlədən Şuşadan xüsusi reportajlar dərc edib.

AZƏRTAC xəbər verir ki, Moldovanın nüfuzlu “curentul.md”, “oficial.md” xəbər portallarında dərc olunan geniş məqalədə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə yazılıb. Qeyd edilib ki, Azərbaycan 28 ildən sonra işğalda olan ərazilərini azad edib və dərhal bərpa işlərinə başlanılıb.

Müəlliflər məqalələrində yazırlar ki, paytaxt Bakıdan avtomobillə 5 saatlıq məsafəsi olan Füzuli və Zəngilanda yollar çəkilir, körpülər salınır, elektrik enerjisi stansiyası tikilir. Həmin ərazilər öz sakinlərinin qayıdışına hazırlaşır. Zəngilanda dəmir yolunun çəkilişi üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əraziləri minalardan təmizləyir.

Reportajda Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa şəhərinə xüsusi yer ayrılıb. Qeyd olunur ki, Şuşaya gedən yolda çox çətin şəraitdə yeni yollar salınır. Şuşanın təbiəti, iqlimi şəhərin yenidən qurulmasından sonra turistlər üçün gözəl məkan olduğunu isbatlayır. Məqalələrdə, həmçinin uzun fasilədən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalından da bəhs edilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.