ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitut direktorunun elmi işlər üzrə müavini Ələmdar Məmmədov qeyd edib ki, 1990-cı ilin yanvarında xalqımız ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın Dağlıq Qarabağa təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onları dəstəkləməsindən hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirdi. Sovet ordusunun döyüş hissələrinin Bakıya yeridilməsi ilə dinc və günahsız insanlara qarşı misli görünməmiş faciə törədildi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

AMEA-nın müxbir üzvü İbrahim Əzizov Qanlı Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı hərbi təcavüzünün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacağını bildirib.

Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova o ağrılı günləri xatırlayaraq, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” şeirini səsləndirib.

Sonda 20 Yanvar şəhidlərinə həsr edilən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.