ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Dövlət Bayrağı Günü qeyd olunub

Bakı, 9 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, Ələmdar Məmmədov bu günün əhəmiyyətini, xalqımızın bayrağa xüsusi dəyər verdiyini, onu qoruduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti, institutun direktoru İradə Hüseynova Azərbaycan Respublikası üzərində dalğalanan 3 rəngli bayrağımızın tarixi haqqında ətraflı məlumat verib.

Akademiyanın müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, institutun həmkarlar ittifaqının sədri Həsən Babayev və institutun gənc əməkdaşları çıxışlarında bayrağımızın dövlətimiz, xalqımız üçün daşıdığı önəmdən bəhs ediblər.

Sonda 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.