ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Osaka Universiteti doktorunun məruzəsi dinlənilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Yaponiyanın Osaka Universitetinin və İran İslam Respublikasının Zəncan Tibb Universitetinin doktoru Saeed Kaboli AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatçı alim əməkdaşlar üçün “Müasir biologiyada CRİSPR sisteminin tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Alimin çıxışı institutun əməkdaşları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Saeed Kaboli 1998-2002-ci illərdə Zəncan Universitetində “Hüceyrə və molekulyar biologiya” üzrə bakalavr dərəcəsini aldıqdan sonra 2004-2008-ci illərdə Mazandaran Tibb Elmləri Universitetində “Tibbi mikologiya” üzrə, 2009-2011-ci illərdə Yaponiyanın Osaka Universitetində “Mikrobioloji biotexnologiya” üzrə magistr dərəcələrini alıb. O, 2014-cü ildə Osaka Universitetində həmin ixtisas üzrə doktorluq dissertasiyasını müdafiə edib.