ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya qəbul imtahanı olub

Bakı, 16 yanvar, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda molekulyar biologiya ixtisası üzrə 2 yer uğrunda 3 iddiaçı, biokimya ixtisası üzrə 1 yer uğrunda 3 iddiaçı və riyazi biologiya, bioinformatika ixtisası üzrə 1 yer uğrunda 1 iddiaçı iştirak edib.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda hər bir ixtisas üzrə imtahan komissiyaları yaradılıb. Komissiyaların sədri institutun direktoru, akademik İradə Hüseynova, üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, professor Səftər Süleymanov, biologiya üzrə elmlər doktorları Yaşar Feyziyev, Şahniyar Bayramov, Həsən Babayev, biologiya üzrə fəlsəfə doktorları, dosentlər Ələmdar Məmmədov, Nurməmməd Mustafayev, Zərifə Süleymanova və Samirə Rüstəmovadır.

İmtahan uğurla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.