ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda illik hesabatların müzakirəsi davam edir

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda laboratoriyaların və Veteranlar şurasının illik hesabatı dinlənilib. Xloroplastların fotokimyası laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov, Hüceyrənin membran sistemləri laboratoriyasının müdiri biologiya elmləri doktoru, professor Səftər Süleymanov və Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri biologiya elmləri doktoru Süleyman Allahverdiyev “Fotosintezin molekulyar mexanizmlərinin tədqiqi, tənzimlənməsi və modelləşdirilməsi” mövzusu ətrafında 2021-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini şura üzvlərinin diqqətinə çatdırıblar. Məruzəçilər cari ildə laboratoriya əməkdaşlarının çap işləri, konfranslarda iştirakı, yerli və xarici ezamiyyələr, kadr hazırlığı haqqında ətraflı məlumat veriblər.

İnstitutda fəaliyyət göstərən əmək və müharibə veteranları haqqında məlumat verən Veteranlar şurasının sədri AMEA-nın müxbir üzvü İbrahim Əzizov il ərzində görülən işlərdən, veteranların institutun elmi və ictimai həyatında oynadığı roldan bəhs edib.

İclasda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.