ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların attestasiyası aparılıb

Bakı, 5 fevral, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, magistrantların attestasiyası elmi müəssisənin direktoru, akademik İradə Hüseynovanın əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən aparılıb. Hər bir magistrantın imtahan nəticələrindən əlavə, fərdi iş planında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, konfranslarda iştirak və çap işləri müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.

Hazırda institutda molekulyar biologiya, biotexnologiya və biokimya ixtisasları üzrə 12 magistrant hazırlanır. Cari tədris ilindən molekulyar biologiya ixtisası (rus bölməsi) üzrə də magistr hazırlığına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.