ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların onlayn imtahanları davam edir

Bakı, 4 iyul, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, molekulyar biologiya ixtisasından proteomiks kursu, biokimya ixtisasından bioenergetika kursu, biotexnologiya ixtisasından tibbi biotexnologiya kursu üzrə “Zoom” platformasında onlayn imtahanlar keçirilib.

İmtahanlarda AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.