ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb
Bakı, 15 iyul, AZƏRTAC
2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası ərəfəsində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda I kurs magistrantların molekulyar biologiya, biotexnologiya, biokimya və nanobiotexnologiya ixtisaslaşmaları üzrə 16 ixtisas fənnindən imtahanları keçirilib. Karantin rejiminin tələblərinə uyğun olaraq imtahanlar “Zoom” platforması üzərindən onlayn keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, təsdiq edilmiş cədvəl əsasında iyunun 15-dən başlayan imtahan sessiyası üzrə sonuncu imtahan Kembric Universitetinin professoru Qərib Mürşüdovun tədris etdiyi struktur biologiyanın üsulları fənnindən olub. İmtahanlarda magistrantlar yüksək nəticələr əldə ediblər.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də mütəmadi olaraq yay imtahan sessiyasına qoşulub, imtahanlarda iştirak ediblər.