ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda silsilə seminarlar davam edir

Bakı, 18 mart, AZƏRTAC

“Elm günü” münasibətilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda silsilə seminarlar davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, martın 18-də təşkil olunan növbəti seminarda AMEA-nın müxbir üzvü, institutun bioinformatika laboratoriyasının müdiri İlham Şahmuradov “İnteqrativ biologiya və bioinformatika” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra institutun bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Gülnarə Balakişiyevanın “Azərbaycanda fitoplazmaların epidemiologiyası və genetik müxtəlifliyi” mövzusunda məruzəsi dinlənilib.

Hər iki alimin çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, İlham Şahmuradov ölkəmizi xaricdə ləyaqətlə təmsil edən alimlərimizdəndir. Onun Birləşmiş Krallıqda, Yaponiyada, Pakistanda, Səudiyyə Ərəbistanında və başqa ölkələrin aparıcı elmi mərkəzlərində fəaliyyəti buna bariz nümunədir. Vaxtilə Bordo Universitetinin doktorantı olan Gülnarə Balakişiyeva isə Azərbaycanda ilk dəfə fitoplazma xəstəliklərini molekulyar səviyyədə tədqiq edib.

Seminarda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin digər müəssisələrində çalışan əməkdaşlar da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.