ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda üç ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirilib
Bakı, 2 aprel, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə molekulyar biologiya, biotexnologiya və riyazi biologiya, bioinformatika ixtisaslarından doktoranturaya qəbul imtahanı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, imtahanların keçirilməsi üçün institutda hər bir ixtisas üzrə müvafiq imtahan komissiyaları yaradılıb. Komissiyaların sədri institutun direktoru, akademik İradə Hüseynova olub. Müvafiq imtahan komissiyaları tərəfindən molekulyar biologiya ixtisası üzrə iddiaçı Gülşad Muradovanın imtahan nəticəsi 74 balla “yaxşı”, Sevina Xanızadə 68 balla “yaxşı”, biotexnologiya ixtisasında rus bölməsi üzrə iddiaçı Xədicə Abbaslı 72 balla “yaxşı”, Azərbaycan bölməsi üzrə iddiaçı Ülviyyə Məhyəddinova 74 balla “yaxşı”, riyazi biologiya, bioinformatika ixtisası üzrə iddiaçı Afət Mustafazadə 82 balla “əla” qiymətləndirilib.