ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yay imtahan sessiyası davam edir

Bakı, 24 iyun, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yay imtahan sessiyasının növbəti imtahanları keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, molekulyar biologiya ixtisası üzrə təhsil alan I kurs magistrantlar struktur biologiyanın üsulları fənnindən, biokimya ixtisası üzrə təhsil alan magistrantlar fotosintezin biokimyası fənnindən, biotexnologiya ixtisası üzrə təhsil alan magistrantlar isə tibbi biotexnologiya fənnindən imtahan veriblər.

Tələbələr biliklərini uğurla nümayiş etdiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.