ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru magistrantlarla görüş keçirib

Bakı, 15 sentyabr, AZƏRTAC 

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova yeni dərs ilinin başlanması münasibətilə müəssisənin II kurs magistrantları ilə onlayn görüş keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik magistrantları yeni dərs ili münasibətilə təbrik edib, tədris prosesinə və elmi-tədqiqat işlərinə daha ciddi yanaşmağı tələb edib. O, həmçinin xaricdə təhsillərini uğurla davam etdirən məzunlardan söz açıb, onların gələcəkdə yeni istiqamətlərdə elmi tədqiqatlar aparılmasına təkan verəcəklərinə inandığını bildirib.

Sonda İ.Hüseynova gəncləri karantin qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb, yeni dərs ilində onlara uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.