ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantları attestasiyadan keçiblər
Bakı, 19 fevral, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantların attestasiyası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisədə 9 doktorant (molekulyar biologiya ixtisası üzrə 4, biotexnologiya ixtisası üzrə 2, biokimya ixtisası üzrə 2, riyazi biologiya, bioinformatika ixtisası üzrə 1 doktorant) elmi tədqiqat işləri üzərində çalışır. İnstitutun direktoru, akademik İradə Hüseynovanın əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında doktorantlar 2019-cu tədris ili ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Sonra onların fərdi iş planlarında nəzərdə tutulmuş işlər müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirildiyindən doktorantların növbəti tədris ilində təhsillərini davam etdirməsi tövsiyə olunub.