ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Qobustanda təcrübə sahəsində olublar

Bakı, 7 iyul, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçiləri Tofiq Allahverdiyev və Samirə Rüstəmova, elmi işçi Turanə İsgəndərova, Hüceyrənin membran sistemləri laboratoriyasının aparıcı elmi işçisi Durna Əliyeva və Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əməkdaşlar tərəfindən təcrübə stansiyasının sahələrində gedən taxıl biçini prosesi izlənilib, tədqiq olunmuş buğda sortlarının və hibridlərinin məhsuldarlığı qiymətləndirilib, bitki nümunələrinin aqronomik əlamətləri öyrənilib. Stansiyanın direktoru biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov burada həyata keçirilən elmi-tədqiqat işləri, alimlər tərəfindən dəmyə şəraiti üçün yaradılmış “Qobustan”, “Ruzi 84”, “Baba 75” və s. buğda sortlarının əkin sahələri barədə institut əməkdaşlarına ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.