ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları elmi ezamiyyətdə olublar
Bakı, 3 may, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir qrup əməkdaşı – böyük elmi işçi Ulduzə Qurbanova, elmi işçilər Turanə İsgəndərova və Lalə Aydınlı Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyət zamanı müsabiqəli sort sınağı və perspektiv nümunələrdən ibarət nəzarət pitomniklərində və beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA-dan introduksiya olunmuş yumşaq buğda pitomniklərində monitorinqlər aparılıb. Boruya çıxma fazasında olan buğda cücərtilərinin fenoloji müqayisəsi aparılıb, həm çöl şəraitində, həm də laboratoriyada aparılacaq tədqiqat işləri müzakirə edilib. Bununla yanaşı, Qobustan BTS-nin təcrübəli əməkdaşları ilə geniş müzakirələr aparılıb.