ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları onlayn seminarda iştirak ediblər

Bakı, 3 iyun, AZƏRTAC

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçisi Sədaqət Əsədova və Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi Səadət Xudaverdiyeva “Koronavirusun PZR və seroloji metodlarla test edilməsində praktiki təcrübə və problemlər” mövzusunda onlayn seminarda iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda molekulyar testlərin aparılması, yeni kitlərin qiymətləndirilməsi, seroloji testlərin rolu, laboratoriya şəbəkəsinin koordinasiya problemləri, COVID-19 virusunun test olunduğu laboratoriyalarda təhlükəsizlik kimi məsələlər müzakirə edilib.

Seminarda İranın Pasteur İnstitutunun Virologiya şöbəsinin rəhbəri, professor Kayxan Azadmaneş və Royan İnstitutunun Koronavirus laboratoriyasının rəhbəri, Genetika şöbəsinin dosenti Mehdi Totonçi çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.