ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çapa qəbul olunub

Bakı, 7 oktyabr, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və ABŞ-ın Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin əməkdaşlarının birgə tədqiqat işinin nəticələrinin əks olunduğu məqalə “Springer” nəşriyyatı tərəfindən dərc edilən və “Web of Science”, “Scopus” və “RSCI” bazalarında indeksləşən nüfuzlu “Microbiology” jurnalında çapa qəbul edilib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, jurnalın impakt faktoru 1,156-dır. Məqalə Azərbaycanın neftlə çirklənmiş torpaqlarından AZ-130 ştamının izolyasiyası, antibakterial fəallığı və antibakterial birləşmənin yüksək miqdarda sintezi üçün ştamın qida mühitinin optimallaşdırılmasına həsr edilib. AZ-130 ştamının göstərdiyi güclü antibakterial fəallığın bir molekul tərəfindən təmin edildiyi müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.