ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəaliyyətində qadın əməkdaşların rolu böyükdür

Bakı, 7 mart, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti İradə Hüseynova elmi müəssisənin fəaliyyətində qadın əməkdaşların böyük rola malik olduğunu vurğulayıb, digər sahələrdə olduğu kimi, biologiya elmində də xanımların qazandıqları uğurları xüsusi qeyd edib. O, dövlətçilik tariximizdə ilk diplomat olan Sara xatundan, Şərqdə ilk opera yazan Şəfiqə Axundovadan bəhs edərək, Azərbaycan xanımının həm elmdə, həm də mədəniyyət və siyasətdə müstəsna rolunu vurğulayıb. Akademik Şərqdə ilk dəfə Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürü olduğunu bildirib.

Tədbirdə institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı adından akademik İradə Hüseynovaya fəxri fərman təqdim edib. AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov, həmkarlar ittifaqının sədri Həsən Babayev, bionanotexnologiya laboratoriyasının müdiri Süleyman Allahverdiyev və başqaları xanımları bayram münasibətilə təbrik ediblər.

İnstitutun qadın əməkdaşlarına hədiyyələr təqdim olunub.

Tədbir bayram şənliyi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.