ELM VƏ TƏHSİL


Molekulyar biofizika və biokimyanın perspektivləri müzakirə olunacaq

Bakı, 13 mart, AZƏRTAC

Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda “Elm günü”nə həsr olunan elmi seminar keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda “Molekulyar biofizikanın və molekulyar biokimyanın gələcək perspektivləri” mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Seminarda institutun alim və mütəxəssisləri iştirak edəcəklər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi təsis edilib. Bu il ilk dəfə qeyd olunacaq “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən, “Elm günü” ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.