MƏDƏNİYYƏT
“Molla Nəsrəddin” jurnalı – 114
“Molla Nəsrəddin” kitabı bərpa edilərək təhvil verilib
Bakı, 7 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Molla Nəsrəddin” kitabını bərpa edib.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildə Azərbaycan İstiqlal Muzeyindən mərkəzə daxil olan “Molla Nəsrəddin” kitabı mərkəzin ali dərəcəli bərpaçı-rəssamı, Əməkdar mədəniyyət işçisi Xatirə Tağıyeva tərəfindən bərpa edilərək muzeyə təhvil verilib.
Qeyd edək ki, Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi 1906-cı ilin elə bu günü – 7 apreldə Tiflisdə işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində jurnalın 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) işıq üzü görüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 19.04.2024 [10:52]