Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Molla Pənah Vaqif yaradıcılığı milli intibah poeziyasının ən bariz nümunəsidir

Molla Pənah Vaqif yaradıcılığı milli intibah poeziyasının ən bariz nümunəsidir

Bakı, 6 dekabr, AZƏRTAC

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı görkəmli şairin həyat və yaradıcılığının yenidən tədqiqinə, öyrənilməsinə və əsərlərinin çapına böyük töhfə oldu. Sərəncama uyğun olaraq hazırlanan tədbirlər planına əsasən öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz ədibin xatirəsi ölkəmizdə silsilə tədbirlərlə yad olunmaqdadır. Bu istiqamətdə görkəmli alimlərimizin, ədəbiyyatşünas tədqiqatçıların da Vaqif irsinə verdikləri töhfələr yetərincədir. Onlar da Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi istiqamətində elmi axtarışlarını davam etdirirlər. Belə alimlərimizdən biri də filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilovdur. AZƏRTAC alimin bu mövzuda növbəti yazısını təqdim edir.

Vaqif gözəlliyi mücərrədlikdən konkretliyə, daxildən zahirə gətirdi

Molla Pənah Vaqifin yaşadığı dövr Azərbaycan poeziyasının milli intibah dövrüdür. Bu dövrün göstəriciləri sırasına nikbinlik, gözüaçıqlıq, realist yanaşma kimi nümunələr daxildir. Bunların hər biri Molla Pənah Vaqifin həyat və fəaliyyətində özünü göstərərək onun ictimai-siyasi xadim kimi tanınmasında da xüsusi əhəmiyyət kəsb edib. Heç şübhəsiz ki, Qarabağ xanı İbrahim xan Vaqifdəki bütün müsbət keyfiyyətlərə inanmaqla yanaşı, onu etibarlı insan kimi tanıyıb. Əgər Vaqifdə yaxud hansısa qüsuru görmək istəyənlər varsa, onlar bunu böyük şairin natamamlığı kimi deyil, o dövr Azərbaycanının xanlıqlar, mahallar, regionlar düşüncəsinin qüsuru kimi qəbul etməldirlər. Düzü, o vaxt xanlıqlar düşüncəsi ilə yaşayan Azərbaycanda dünyagörüş natamamlığını anlamaq lazımdır. Belə olan təqdirdə diplomat Vaqifdən lazım olandan artığını ummaq ədalətsizlikdir. Şair Vaqifə gəlincə qeyd edək ki, o, gözəlliyi mücərrədlikdən konkretliyə, daxildən zahirə gətirdi. Bununla realist, gerçəkçi olduğunu təsdiq etdi. Molla Pənah Vaqif yaradıcılığı milli intibah poeziyasının ən bariz nümunəsidir. Onun yaradıcılığı intibah poeziyası ilə milli intibah poeziyasının sərhədini müəyyənləşdirir.

Vaqifin dili öz dövrünün dil normalarını tam şəkildə əks etdirir

Vaqif yaradıcılığı bir məsələni də dəqiqləşdirməyə köməklik göstərir. Onun yaradıcılığında Şərq intibahı, Azərbaycan intibahı, bütövlükdə intibahın problemi sistemli şəkildə tədqiq edilib öyrənilməlidir. XI-XII əsrlər Azərbaycan mədəniyyəti şərq mədəniyyətinin tərkib hissəsi kimi özünü göstərir. Bu dövr şərq mədəniyyəti isə milli intibah deyil. Bu, müsəlman-türk, geniş mənada şərq intibahıdır. Düzdür, XI-XII əsrlərdə Azərbaycanda intibah hərəkatı başlanmışdır. Bir sıra şəhərlərimizdə də bu inkişaf özünü göstərib. Ancaq bunları hələ milli intibah kimi qəbul etmək olmaz. Milli intibahda milliləşmə məsələsi aparıcı rol oynamalıdır. Bu mənada XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah dövrüdür. Ona görə ki, bu dövrdə milli özünüdərketmənin təzahürü güclüdür. Eyni zamanda, bu dövrdə şifahi xalq ədəbiyyatı nümunələri yazıya alınır, aydın və asan doğma ana dilində ədəbi-bədii nümunələr yaranır, mədəniyyət nümunələri realist xarakter alır. Söhbət ondan gedir ki, bu dövrün şairi kimi Vaqifin üslubu özündən əvvəlki klassiklərin üslubundan fərqlənir. Məsələn, o, Füzulidən fərqli olaraq nikbinlik, şeirləri şux, dili isə hər bir kəsin başa düşəcəyi üslubdadır. Vaqifin dili öz dövrünün dil normalarını tam şəkildə əks etdirir. Ona görə də Azərbaycan ədəbi dilinin tarixində “Vaqif dövrü”, “Vaqif mərhələsi” qəbul olunur. XVIII əsr Azərbaycan ədəbi dilinin tarixində milliləşmə nöqteyi-nəzərdən fərqlənir. Bu dövrdə dilin fonetik, leksik, morfoloji və sintaktik quruluşunda gedən milliləşmə bir normaya çevrilir. Və bu normanın təzahür imkanları Vaqif yaradıcılığında bariz şəkildə özünü göstərir. Klassik üslubla folklor üslubunun dialektik vəhdəti yaranır. Bu hal milli ictimai təfəkkürdə baş verən yeniləşməni onun yaradıcılığında açıq şəkildə nümayiş etdirir. Hətta bununla da iş qurtarmır, folklor üslubu klassik üslubun dominantlığına qalib gəlir. Bunu Vaqif öz yaradıcılığında həyata keçirir. Bədii ədəbiyyatın qaynaqlarından biri folklor olduğu kimi, folklor üslubunu yüksəldən Vaqifin özü də özündən sonrakı ədəbi-bədii nümunələr üçün mənbə rolunu oynayır.

Özündən əvvəlki ədiblərlə özündən sonra gələnlər arasında körpü yaradan Vaqif

Azərbaycan ədəbi dilinin inkişafında Vaqifin xüsusi bir mərhələ olduğunu xarakterizə etmək üçün dilimizin inkişaf yollarına diqqət yetirmək vacibdir. Belə ki, “Kitabi-Dədə Qorqud” dastanlarından sonra ədəbi dilimizin inkişafında XIII əsr xüsusi bir mərhələdir. Bu dövrdə Azərbaycan dili ərəb və fars dilləri ilə mübarizəyə qalxır, elm, ədəbiyyat dili kimi özünə yol açır. Dilimiz ərəb, fars dilləri ilə bərabər, o dövrün ədəbi dili kimi işlənir. Daha sonra Nəsimi kimi şairin yetişməsi ədəbi dilimizin inkişafında Nəsimi mərhələsinin mövcudluğunu ortaya qoyur. Mirzə İbrahimov yazır: “Bizcə, “Dədə Qorqud”dan sonra Azərbaycan dilinin inkişafındakı xüsusi mərhələni Nəsimi dövrü adlandırmaq olar. Nəsimi Azərbaycan dilini əsrinin qabaqcıl fikir və arzularını ifadə edən yüksək bir dil səviyyəsinə qaldırdı. Nəsimi dilimizi ideallar uğrunda mübarizə dilinə, təbliğat və təşviqat dilinə çevirdi. Nəsimi öz fəlsəfəsi və təfəkkürü ilə əlaqədar olaraq, dilimizin çərçivəsini xeyli genişləndirdi. Ona tamamilə yeni təşbehlər, ifadələr, fikirlər gətirdi. Bəzən Nəsimini anlamaq çətinliyi onun dilinin qəlizliyindən deyil, ifadə etdiyi fəlsəfi fikirləri dərk etmək üçün müəyyən tarixi, elmi, fəlsəfi hazırlığın yoxluğundan irəli gəlir”.

XVI əsrdə ədəbi mövqeyi daha da güclənən Azərbaycan dili səfəvilər dövlətinin rəsmi dövlət dili olmuşdur. Xalq dili ilə yazılı dil bir-birinə yaxınlaşaraq Şah İsmayıl Xətainin şeirlərini xalis Azərbaycan dilində yazmasına da rəvac vermişdir. Bu dövrdə xalq dili ilə yazılı dil bir-birinə o qədər yaxınlaşmışdır ki, Qurbaninin dili ilə Şah İsmayıl Xətainin dilini bir-birindən ayırmaq çətin olmuşdur. Belə bir bünövrə üzərində Füzuli yetişdi və o, Azərbaycan dilini Şərq xalqlarının heç biri ilə müqayisə olunmayacaq dərəcədə olan qəzəl dilinə çevirdi. Bundan sonra XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi dilində xəlqilik, sadəlik meyilləri gücləndi və dilimizin inkişafında Vaqif yaradıcılığı əsasında yeni bir mərhələ başlanmış oldu. Əhməd Cəfəroğlu bu mərhələnin başlanmasını doğuran üç cəhəti daha səciyyəvi hesab edir:

1) Milli dilin ədəbi yaradıcılıqda hakim mövqe tutması;

2) Xalq yaradıcılığının inkişafı və milli folklor janrının tam təşəkkülü;

3) Klassik üslubda olan şeirin folklorla qarşılıqlı təsiri zamanı keyfiyyət dəyişikliyinə uğraması.

Məhz bu qeyd olunanlar Vaqif yaradıcılığında dərin kök salmaqla yanaşı, nəticədə onun yaradıcılığı ilə həm ədəbi dilimizdə, həm də ədəbiyyat tariximizdə yeni bir mərhələ başlatdı. Bununla da Vaqif özündən əvvəl ədəbi dilimizin, ədəbiyyat tariximizin inkişafında rol oynamış ədiblərin ədəbi fəaliyyətini yeni bir yol açmaqla davam etdirdi. Ədib tərəfindən dilimizin və ədəbiyyatımızın inkişafında XIX əsr mərhələsinin yaranma təməli qoyuldu. Yəni o, özündən əvvəlki ədiblərlə özündən sonra gələnlər arasında körpü rolunu oynadı. Beləliklə, Vaqif özündən əvvəlki ədiblərin ədəbi fəaliyyətini milli zəmində yekunlaşdırdı və özündən sonra gələn ədiblərin (xüsusilə XIX əsr ədiblərinin) ədəbi fəaliyyətlərinin missiyasını müəyyənləşdirmiş oldu. Bu baxımdan XIX əsrdə Abbasqulu ağa Bakıxanovun, Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundovun milli ədəbiyyatı və dili inkişaf etdirmək missiyasını aktuallaşdırdı. Təsadüfi deyil ki, Əhməd Cəfəroğlu Abbasqulu ağa Bakıxanovu, Mirzə Şəfi Vazehi və Mirzə Fətəli Axundovu xarakterizə edərək yazır: “Abbasqulu ağa həqiqi Azərbaycan tarixçiliyini yaradarkən, Mirzə Fətəli həqiqi realizmin təməlini təşkil edən ictimai tənqidi ədəbiyyatı vücuda gətirmiş, Mirzə Şəfi isə Azərbaycan mədəniyyətinin ölkə xaricində yayılmasının bayraqdarı olmuşdur”.

Vaqif yaradıcılığı XVIII əsrdən sonrakı ədəbiyyatı yeni istiqamətə yönəldir

Vaqif, eyni zamanda, ədəbiyyatı ictimailəşdirmək missiyasını yerinə yetirmişdir. Ədəbiyyatın ictimailəşdirilməsi dedikdə, onun hər bir kəsin tələbatında olmasını nəzərdə tuturuq. Belə ki, Vaqifəqədərki ədəbiyyat hansısa bir təbəqənin, zümrənin başa düşəcəyi anlayacağı səviyyədə olduğundan onu hər bir kəs qəbul etmək iqtidarında deyildi. Ancaq o, ədəbiyyatı ictimailəşdirməklə onu hər bir kəsin anlayacağı, qəbul edəcəyi və başa düşəcəyi bir səviyyəyə gətirməyə nail oldu. Ona görə də dilimizin və ədəbiyyatımızın tarixində XVIII əsr mərhələsi dedikdə ilk növbədə Vaqif yada düşür. Onunla yanaşı, M.V.Vidadi, Q.Zakir də diqqət mərkəzində dayanır. Hər bir ədəbiyyatşünas bu dövrdən bəhs edərkən onların heç birindən heç cür yan keçə bilmir. Bu mənada, milli ədəbi dilimizin və milli ədəbiyyatımızın inkişaf tarixini müəyyənləşdirərkən Əhməd Cəfəroğlu belə bir bölgü aparır: 1) X əsrə qədərki dövr; 2) “Kitabi-Dədə Qorqud” mərhələsi; 3) XII əsr farsdilli Azərbaycan ədəbiyyatı; 4) XIII-XIV əsrlər; 5) XV-XVI əsrlər; 6) XVII əsr; 7) XVIII əsr; 8) XIX əsr; 9) XX əsrin birinci rübü (sovet hakimiyyətinə qədər). Bu bölgünü davam etdirsək: 10) Sovet dövrü Azərbaycan ədəbiyyatı; 11) Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. O, XVIII əsr mərhələsində Vaqif şeirimizdə realist üslubun banisi, Zakir isə realist üslubun davamçısı və milli satirik ədəbiyyatın yaradıcısı kimi xarakterizə edir.

Beləliklə, Molla Pənah Vaqif ədəbiyyat tariximizdə XVIII əsrəqədərki ədəbiyyatın yaratdığı tilsimi sındıran və XVIII əsrdən sonrakı ədəbiyyatı yeni istiqamətə yönəldən bir şair kimi özünü təsdiq etdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO