İDMAN


“Monako” klubu 24 illik uğurlu göstəricisini təkrarlayıb

Bakı, 12 fevral, AZƏRTAC

Fransa kubokunun 1/32 final mərhələsi çərçivəsində “Qrenobl”la qarşılaşan “Monako” 1:0 hesablı qələbə qazanıb. Bu, “Monako” üçün əlamətdar nəticə ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Niko Kovaçın komandası bütün yarışlarda ardıcıl 8-ci qələbəsini qazanıb. Bununla komanda 24 illik uğurlu göstəricisini təkrarlayıb. “Monako” sonuncu dəfə 1997-ci il oktyabr-dekabr aylarında analoji nəticəyə imza atıb.

Qeyd edək ki, N.Kovaç ötən ilin yayından “Monako”nu çalışdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.