İDMAN


“Monako” klubunun istefaya göndərilən baş məşqçisi 7 milyon avro təzminat alıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Fransanın “Monako” klubu portuqaliyalı Leonard Jardimin komandanın baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Mən dörd ildən artıq bir müddətdə “Monako”nun baş məşqçisi olduğum üçün minnətdaram və bununla qürur duyuram. Klubun yaxşı çıxış etməsi üçün maksimum səviyyədə çalışdım və birlikdə qalib gəldik. “Monako” ilə bağlı xatirələri həmişə əziz tutacağam”, - deyə 44 yaşlı Jardim vurğulayıb.

Klubun vitse-prezidenti Vadim Vasilyev məşqçinin istefası ilə bağlı fikirlərini bildirərək qeyd edib ki, Jardim “Monako”nun baş məşqçisi kimi Avropa arenasında özünü təsdiq edib, klubu yaxşı vəziyyətdə saxlayıb. Onun klubda fəaliyyət illəri “Monako” tarixinin ən gözəl səhifələrindən biri kimi qalacaq. Leonard həmişə ailəmizin bir üzvü olaraq qalacaq.

Jardim “Monako”da 2014-cü ildən çalışıb. Klub ilk iki mövsümdə (2014-2015, 2015-2016) onun rəhbərliyi ilə çempionatda üçüncü yeri tutub. Portuqaliyalı baş məşqçi 2016-2017-ci illər mövsümündə komandanı 17 il ərzində ilk dəfə çempionluğa yüksəldib. Ötən il Mütəxəssis 2020-ci ilə qədər klubu çalışdırmasına dair yeni müqavilə imzalamışdı. Leonard Jardim klubla müqaviləni erkən bitirdiyi üçün 7 milyon avro kompensasiya alıb.

Cari mövsümdə Fransa çempionatında doqquz oyunda bir qələbə qazanan “Monako” 18-ci sırada qərarlaşıb. Klub UEFA Çempionlar Liqasında iki oyunda iki dəfə məğlub olub. Komanda avqustda Fransa Super Kubokunda PSG klubuna böyük hesabla uduzub - 0:4.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.