Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Monitorinq Mərkəzi ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün mexanizmlər hazırlayacaq

Monitorinq Mərkəzi ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün mexanizmlər hazırlayacaq

Bakı, 8 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1noyabr tarixli Fərmanı əsası Ümummilli Lider tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi böyük işlərin məntiqi davamıdır.

Bu sözləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov AZƏRTAC-a müsahibəsində söyləyib. O vurğulayıb ki, dövlətimizin başçısının müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilin həm saflığının qorunması, həm də onun inkişafı, zənginləşməsi üçün mühüm praktiki addımdır. Digər mühüm cəhət isə Monitorinq Mərkəzinin məhz Dövlət Dil Komissiyasının yanında yaradılmasıdır.

Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli Sərəncamı ilə Dövlət Dil Komissiyasının tərkibinin yeniləndiyini xatırladan akademik Nizami Cəfərov qeyd edib ki, dil sahəsində kifayət qədər böyük təcrübəsi olan mütəxəssislər bu komissiyaya daxil edilib. Beləliklə, Monitorinq Mərkəzinin əsaslana biləcəyi, müzakirələr apara biləcəyi, müəyyən məsələləri dəqiqləşdirə biləcəyi komissiya fəaliyyət göstərir. Bu komissiya Monitorinq Mərkəzinin peşəkar fəaliyyət göstərməsi üçün lazım olan bütün şəraiti yaradacaq.

“Dövlətimizin başçısının imzaladığı Fərmanın digər mühüm cəhəti burada Monitorinq Mərkəzinin monitorinq aparacağı dil sahələrinin dəqiq müəyyənləşdirilməsidir. Bunlar kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarının dilidir”, - deyən akademik Nizami Cəfərov bu sahələrin hər birində həm uğur, həm də qüsurlarımızın olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, kütləvi informasiya vasitələrində hamı yaza bilər, hamı danışa bilər. Lakin burada həm peşəkarlar çalışırlar, həm də qeyri-peşəkarlara rast gəlmək olur. “Mən dəfələrlə demişəm: necə olur ki, Azərbaycan Televiziyasında, AZƏRTAC-da, “Azərbaycan” qəzetində ədəbi dil normalarına maksimum riayət olunur, eyni zamanda, dil də inkişaf edir, zənginləşir, amma bir sıra telekanallarımızda, mətbuat orqanlarımızda dilin qaydaları bəzən kütləvi şəkildə pozulur”, - deyə akademik Nizami Cəfərov vurğulayıb.

Müsahibimizin sözlərinə görə, dil problemini yaradan amillər sırasında kütləviliklə peşəkarlıq arasındakı tənasübün müəyyənləşdiriləcəyi sahələr mövcuddur. Bu baxımdan ən ağrılı vəziyyət internet resurslarındadır. Çünki bu resurslardan çox müxtəlif dil və nitq səviyyəsinə malik insanlar istifadə edirlər və onlar özləri də düşünmədən Azərbaycan dilinin qayda-qanunlarını pozurlar. Bu vəziyyət həm məsuliyyətsizlikdən, həm dilin qayda-qanunlarını bilməməkdən, eləcə də orta təhsil biliyinin mükəmməl olmamasından irəli gəlir. Bütün bunlar dilin inkişafına, milli dil təfəkkürünün səviyyəsinə mənfi təsir göstərir.

Dövlət Dil Komissiyasının üzvü deyib: “Reklamlarda keçmiş zamanlarla müqayisədə nisbətən müəyyən uğurlarımız var. Lakin görüləsi işlər də xeyli çoxdur. Belə ki, reklamlar vasitəsilə əcnəbi dillərin lüzumsuz kəlmələrinin dilimizə daxilolma ehtimalı hələ də mövcuddur. Bu təsir hətta bəzən Azərbaycan dilini sıxışdırmaq həddinə çatır. Yəni reklamlarda Azərbaycan dilinə həm leksik, həm qrammatik cəhətdən yad ifadələrdən istifadə olunur. Bu da dilimizin qrammatik quruluşunu pozmaq təhlükəsini yaradır. Düşünürəm ki, belə bir şəraitdə Monitorinq Mərkəzi ilk növbədə müəyyən müşahidələrlə səciyyəvi qüsurları müəyyənləşdirəcək, sonra bu qüsurların aradan qaldırılması üçün prinsipial təkliflər verəcək, nəhayət, bu təkliflərin sadəcə tövsiyə xarakteri daşımaması üçün müəyyən mexanizmlər hazırlayacaq ki, bu cür səhvlərə kütləvi şəkildə yol verən qurumlar hər hansı formada tənbeh olunsun, cəzalandırılsın. Çünki dil məsələsi bizim üçün çox önəmlidir. Azərbaycanın ümumi siyasətində dil məsələsi hələ Heydər Əliyevin sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə çox mühüm amil olub. Müstəqillik dövründə isə dil məsələsi ilə bağlı görülən mühüm işlər göz qabağındadır”.

Akademik Nizami Cəfərov vurğulayıb ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman Azərbaycan dilinin nəinki respublika ərazisində, həm də dünyada qorunmasına və inkişafına geniş imkanlar açır. Əlbəttə ki, söhbət ədəbi dil normalarından gedir. Beləliklə, bu Fərman Azərbaycan xalqının bu günündə, sabahında onun dilinin yad təsirlərdən qorunması, saflaşdırılması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradan çox qiymətli bir sənəddir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO