İQTİSADİYYAT


Monitorinq və kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında auditor hesabatları dinlənilib

Bakı, 16 yanvar, AZƏRTAC

Hesablama Palatasının kollegiya iclasında ötən il başa çatmış audit tədbirlərinin nəticələri üzrə qəbul edilmiş kollegiya qərarlarının icrasının vəziyyətinə dair 3 monitorinqin və 2 kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında auditor hesabatları dinlənilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, kollegiyada keçən il qəbul edilmiş qərarların icrası vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə keçirilən monitorinqlər bu qərarların icrasına dair müvafiq qurumlar tərəfindən təqdim edilmiş məktublarda əks etdirilmiş məlumatların nəzarət obyektində yoxlanılmasını əhatə edib. İclasda monitorinqlərin və kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında auditor hesabatları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasda, həmçinin Hesablama Palatasının 2020-ci ilin iş planı üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.