Monitorinqlər zamanı 25 ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edilib
AzerTAg.az
Bakı, 22 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 21-də ölkə üzrə 317 ictimai iaşə obyektində 522 monitorinq keçirilib.
Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Xəbərin mətnində orfoqrafik səhv var