İQTİSADİYYAT


Monitorinqlər zamanı 3135 obyektdə sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb

Bakı, 19 iyun, AZƏRTAC

Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət monitorinqləri davam etdirilir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 18-də keçirilən növbəti monitorinqlərdə Binəqədi rayonunda “Oba market”də, “Unimart” mağazasında, "ANC GROUP" MMC-yə məxsus “Rahat market”də, Yasamal rayonunda Raqif İbrahimova məxsus “Tikinti materialları” mağazasında, "Alyans-Trio" MMC-yə məxsus “Şərab evi”ndə, Gülbəniz Bəşirovaya məxsus “Meyvə tərəvəz” pərakəndə ticarət obyektində, Xətai rayonunda “Ricco geyim” və “Gül dünyası” mağazalarında, Sərhad Bayramova məxsus “Ət mağazası”nda, Səbail rayonunda Eyvaz Fərəcova məxsus “Mağaza”da, Nizami rayonunda İmran Lətifova məxsus “Quru meyvə”, Vüqar Hüseynova məxsus “Ət mağazası” pərakəndə ticarət obyektlərində, Mansur Quliyevə və Ərəstun İsmayılova məxsus “Çayxana”larda, Gəncə şəhərində “Elnur Market”də, “Oba Market”də, “Playstation Club”da, Abşeron rayonunda “Panorama kafe”də, Elnur Abduləzimova məxsus “1001 xırdavat” ticarət və xidmət obyektində, İmişli rayonunda “Ekonom Market”də, “Sərfəli Univermaq”da, “Optimal Elektronika mallarının satışı” mağazasında, “Bazarstore”da, “Bizim Market”də, “Bər Bər” kişi salonunda, Şamaxı rayonunda “İstanbul Ucuzluq” geyim mağazasında, “Aptek Dokta”da, Xaqani Fatalıyevə məxsus “Kafe”də, Cəlilabad rayonunda “Dokta Aptek”də, “Elektronik malları mağazası”nda, Səid Muradova məxsus “Ərzaq mağazası”nda, Quba rayonunda "Ayxan Market”də, "Kral İnşaat Malları" mağazasında, "Soyuq Bulaq" İstirahət Mərkəzində, Tərtər rayonunda Yalçın Həşimova və Bəxtiyar Əliyevə məxsus “Market”lərdə, "Diaqnoz" MMC-yə məxsus “Diaqnoz” klinikasında, ümumilikdə monitorinq aparılan 361 obyektdən 140-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlərdə sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 19-dək monitorinq keçirilmiş 7174 sahibkarlıq subyektindən 3135-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.