CƏMİYYƏT


Monitorinqlər zamanı 45 ictimai iaşə müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb

Bakı, 15 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 13-də ölkə üzrə 463 ictimai iaşə obyektində 737 monitorinq keçirilib.

Monitorinqlər zamanı 45 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.