CƏMİYYƏT


Monitorinqlər zamanı bəzi turistlərin milli parkın davranış qaydalarına əməl etməməsi faktları aşkarlanıb

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycanın zəngin flora və faunası ilə diqqət çəkən milli parklarına gələn turistlərin sayı ötən illərlə müqayisədə artmaqda davam edir. Lakin istirahət məkanına çevrilən milli parkların qorunmasına, təəssüf ki, bəzi vətəndaşlarımız yetərincə diqqət göstərmir. Belə ki, milli parklarda aparılan monitorinqlər zamanı bəzi turistlərin parkın davranış qaydalarına əməl etməməsi, ərazilərin tullantılarla çirkləndirilməsi, ocaq qalanması, ağac və kolların zədələnməsi, eləcə də sahilyanı milli parkların çimərlik üçün nəzərdə tutulmayan ərazilərindən çimərlik məqsədilə istifadə edilməsi hallarına rast gəlinib.

Bunu AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Xidmət rəsmisi bütün təbiətsevərlərə müraciət edib ki, milli parkları ziyarət edərkən parkda davranış qaydalarına əməl etsinlər, ətraf mühitin çirklənməsinə yol verməsinlər, yanğına şərait yarada biləcək hərəkətlərdən çəkinsinlər, təhlükəsizlik tədbirləri görülməyən ərazilərdən çimərlik məqsədilə istifadə etməsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.