İDMAN
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb YENİLƏNİB
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının yarışlarına baxıb.
AZƏRTAC xəbər verir ki, çempionatda kişilər arasında 100 kiloqram çəki dərəcəsində çıxış edən monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren yarımfinal mərhələsində gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Monqolustan idmançısı məğlub olub. Otqonbaatar Lxaqvasuren bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Aaron Volfa qalib gələrək çempionatı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, dünya çempionatında 125 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]