DÜNYA


Monqolustan dağlarında itkin düşmüş 10 alpinistin cəsədi aşkarlanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Monqolustan xilasediciləri Otqontenqer dağında itkin düşmüş 10 alpinistin cəsədini aşkarlanıb, daha 7 nəfərin axtarışı davam edir.

AZƏRTAC Monsame agentliyinə istinadla xəbər verir ki, fövqəladə vəziyyətlər üzrə yerli idarə oktyabrın 22-də ölkənin qərbində yerləşən Otqontenqer dağının zirvəsinə qalxmağa cəhd edən 17 alpinistin itkin düşməsi barədə məlumat alıb. Alpinistlər qrupunun üzvü qar uçqunu səbəbindən onların aşağı enə bilmədiyini deyib.

Görüntü məhdud olduğu üçün axtarış-xilasetmə işləri yalnız oktyabrın 23-də yerli vaxtla saat 06:00-da başlayıb. Əməliyyata ölkənin vitse-prezidentinin başçılığı ilə 100 nəfərdən çox xilasedici, həmçinin 2 helikopter və digər texnikalar cəlb olunub.

Alpinistlərin hansı ölkədən olduqları barədə informasiya verilmir.

Qeyd edək ki, Monqolustanın Ətraf Mühitin Mühafizəsi və Turizm Nazirliyi hələ 2015-ci ildən Otqontenqer dağının zirvəsinə qalxmağa qadağa qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.