DÜNYA


Monqolustanda fövqəladə hazırlıq vəziyyəti uzadılıb

Pekin, 14 sentyabr, AZƏRTAC

Monqolustanda COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə hazırlıq vəziyyəti oktyabrın sonunadək uzadılıb.

AZƏRTAC Monqolustan KİV-lərinə istinadla xəbər verir ki, hökumətin bu qərarı virusun ölkədə yayılmasının qarşısını almaq məqsədi daşıyır. Fövqəladə hazırlıq vəziyyətinin qüvvədə olduğu dövrdə ölkə sərhədləri açılmayacaq və beynəlxalq uçuşlara icazə verilməyəcək.

Hökumətin rəsmisi Tseden-İş Qanzoriq bildirib ki, ölkədə yerli ötürülmə yolu ilə yoluxma olmadığı üçün sentyabrın 16-dan biznes fəaliyyətlərinin, idman yarışları və mədəni tədbirlər daxil olmaqla kütləvi toplantıların bərpasına razılıq verilib.

Qeyd edək ki, Monqolustanda indiyədək 311 yoluxma halı aşkarlanıb. Onların hamısı xarici mənşəli yoluxmadır. Ölüm qeydə alınmayıb. COVID-19 böhranı ilə əlaqədar Monqolustanda fövqəladə hazırlıq vəziyyəti fevralın 12-dən qüvvədədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.