DÜNYA


Monqolustanda yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölən və yaralananlar var

Pekin, 15 iyul, AZƏRTAC

Monqolustanda benzin daşıyan avtombilin partlaması nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

AZƏRTAC yerli mənbələrə istinadla xəbər verir ki, hadisə günortadan sonra Arxanqay vilayətində baş verib. Yol polisinin açıqlamasında avtomobilin aşdıqdan sonra partlayış baş verdiyi bildirilir. Partlayış nəticəsində daha 4 nəqliyyat vasitəsi də alışaraq yanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.