YUBİLEY TƏBRİKLƏRİ
Monqolustanın MONTSAME Milli Xəbər Agentliyinin baş direktoru
Qançımeq Badamdorj
Hörmətli cənab Aslan Aslanov,
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaranmasının yüz illik yubileyi münasibətilə Sizi və bütün kollektivinizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
Son illər ərzində agentliklərimiz arasında əməkdaşlığın Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində genişlənməsindən məmnunluq duyuruq.
Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün informasiya mübadiləsinin ölkələr arasında anlaşmanın və dostluğun möhkəmlənməsində mühüm rol oynadığı dönəmdə əməkdaşlığımız Monqolustan və Azərbaycan Respublikaları arasında insanlararası təmasların dərinləşməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilir.
MONTSAME xəbər agentliyi bu il OANA İcraiyyə Komitəsinin 47-ci iclasının Monqolustanın Ulan-Bator şəhərində keçirilməsi ilə bağlı hazırlıqlar həyata keçirir. Həmin tədbir zamanı Ulan-Bator şəhərində Sizinlə görüşərək əməkdaşlığımızın gələcək perspektivləri, o cümlədən yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparmağa ümid edirəm.
Cənab Aslan Aslanov, Sizi bir daha təbrik edir, Sizə və kollektivinizə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır və ən xoş arzular diləyirəm.