DÜNYA
Monqolustanın mərkəzində 738 baş ev heyvanını ildırım vurub
Bakı, 10 iyul, AZƏRTAC
Monqolustanın Arxanqay əyalətinin Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, ölkənin mərkəzi hissəsində 738 baş ev heyvanını ildırım vurub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə iyulun 9-da bu əyalətin Seserleq inzibati ərazi vahidində baş verib. Tələf olmuş heyvanlar iki heyvandar ailəsinə məxsus olub.
Xüsusi xidmət əməkdaşları və Arxanqay əyaləti administrasiyasının nümayəndələri hadisə yerində araşdırma aparırlar.
Monqolustan ölkədə ev heyvanlarının baş sayı ilə əhalinin sayı arasındakı nisbətə görə dünyada aparıcı dövlətlərdən biridir. Lakin heyvandarlıqda vəziyyət təbii amillərdən əhəmiyyətli dərəcədə asılıdır.
Monqolustan əhalisinin təqribən 40 faizi heyvandarlıq və əkinçilik hesabına dolanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]