SİYASƏT


Monrealda Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb

Bakı, 9 avqust, AZƏRTAC

Kanadanın Kvebek əyalətinin Monreal (Montreal) şəhərində yeni diaspor təşkilatı – “Monreal Kanada-Azərbaycan Cəmiyyəti” (The Azerbaijani Society of Canada in Montreal) yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Monrealda yaşayan həmvətənlərimizi öz sıralarında birləşdirən bu təşkilat artıq Kanada qanunlarına uyğun olaraq rəsmi qeydiyyatdan keçib. Yeni təşkilatın yaradılmasında məqsəd Kvebek əyalətinin müxtəlif şəhərlərində yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycan mədəniyyətini və tarixini, milli-mənəvi dəyərlərimizi yerli əhali arasında təbliğ və təşviq etmək, onların diqqətini ölkəmizin keçdiyi yola və inkişafına cəlb etməkdir.

Soydaşlarımızın qərarı ilə təşkilatın təsisçisi Rəna Müslümova həm də onun ilk sədri seçilib. Qeyd edək ki, R.Müslümova uzun illərdir Kanadada keçirilən müxtəlif tədbir və festivallarda milli adət-ənənələrimizin təbliği ilə məşğuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.