DÜNYA
“Montenegro Airlines” ciddi maliyyə itkisi ilə qarşılaşıb
Podqoritsa, 7 iyun, AZƏRTAC
“Montenegro Airlines”, Belqrad aeroportunda eniş qadağasından sonra, ciddi maliyyə itkisi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Serbiya hökumətinin Belqraddakı Nikola Tesla hava limanına eniş hüququnu dayandırması qərarı nəticəsində Monteneqro Hava Yollarının flaqman şirkəti ciddi ziyan görüb. Bu barədə şirkətin baş direktoru Vlastimir Ristiç məlumat verib: “Bu istiqamət turizm və iqtisadi inkişaf üçün çox vacibdir. Qadağaya görə, çox böyük ziyan çəkirik”.
Mayın 27-də Serbiya Mülki Aviasiya Təşkilatı Monteneqro Hava Yollarının Belqrad Nikola Tesla hava limanına enmə hüququnun dayandırıldığını bildirib. Bir gün əvvəl isə Monteneqro hökuməti vətəndaşları üçün giriş qadağasını ləğv etdiyi ölkələrin siyahısını açıqlamışdı (Azərbaycan vətəndaşları icazəsi olanların arasındadır). Serbiya isə bu siyahıda deyil.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]