DÜNYA


Monteneqro Prezidenti Gürcüstana ilk dəfə rəsmi səfər edib

Tbilisi, 7 oktyabr, AZƏRTAC

Monteneqronun Prezidenti Milo Cukanoviç oktyabrın 7-də Gürcüstana ilk dəfə rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidentinin Orbeliani sarayında M.Cukanoviçin rəsmi qarşılanma mərasimi keçiriləcək.

Sonra Monteneqro Prezidenti Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə görüşəcək.

Görüşlərdə Gürcüstandakı ictimai-siyasi vəziyyət, seçkilər, ölkənin Avroatlantik strukturlara inteqrasiyası, eləcə də regionda baş verən proseslərin diqqət mərkəzində olacağı gözlənilir.

Səfər çərçivəsində M.Cukanoviç Qəhrəmanlar Meydanında Memorial Kompleksini də ziyarət edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.