DÜNYA


Monteneqro Prezidenti ölkəsinin koronavirusa qalib gəldiyini bəyan edib

Bakı, 25 may, AZƏRTAC

Monteneqro koronavirusa qalib gəlib, ölkədə yeni yoluxma halı aşkarlanmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqro Prezidenti Milo Cukanoviç özünün Twitter səhifəsində yazıb: “Monteneqro koronavirusa uğurla qalib gəlib. Daha xəstə qalmayıb. Ən mühüm dəyər olan insan həyatı uğrunda böyük mübarizənin bu mərhələsi uğurla yekunlaşıb”.

Monteneqro ictimai sağlamlıq institutunun bazar günü yaydığı məlumata görə, 68 gün ərzində ölkədə ilk dəfə olaraq heç bir yoluxma halı aşkarlanmayıb, müalicə olunanların hamısı sağalıb. Ölkənin Səhiyyə Nazirliyi bildirir ki, epidemiyanın əvvəlindən bəri ümumilikdə 324 nəfər xəstələnib, 9 nəfər həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.