DÜNYA
Monteneqro Prezidenti parlamentin buraxılmayacağını bildirib
Podqoritsa, 2 oktyabr, AZƏRTAC
Monteneqro Prezidenti Milo Cukanoviç parlamentin buraxılmayacağını deyib.
AZƏRTAC xəbər verir ki, M.Cukanoviç parlamentin mandatının qısaldılması ilə bağlı təklifin yenidən müzakirəyə çıxarılacağını vurğulayıb.
“Hazırkı vəziyyətdə ən çox ehtimal olunan ssenari növbədənkənar seçkinin keçirilməsidir. Mövcud şəraitdə konstitusiya prezidentə parlamenti buraxmaq hüququ verir. Məqsəd nə qədər konstruktiv olsa da, konstitusiyanın şərhində çevik olmaq istəmirəm. Baş nazirlə bağlı namizədin yenidən nəzərdən keçirilməsi isə konstitusiyaya ziddir”, - deyə Monteneqro Prezidenti qeyd edib.
Xatırladaq ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılıb. Hökumətin buraxılmasına avqustun 3-də D.Abazoviçin Serb Pravoslav Kilsəsi Patriarxı Porfiriya ilə Monteneqroda Serb Kilsəsinə rəsmi statusun verilməsi ilə bağlı imzaladığı fundamental razılaşma səbəb olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]