SİYASƏT


Monteneqro XİN Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyib

Podqoritsa, 2 aprel, AZƏRTAC

Monteneqro Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyən mövqe nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, nazirlik rəsmi “Twitter” səhifəsində bu barədə yazıb. Yazıda bildirilib ki, Monteneqro ATƏT-in Minsk Qrupunun və həmsədrlərinin status-kvonun xaricində və hərtərəfli, davamlı sülh naminə əsaslı danışıqlarda irəliləyişə nail olmaq səylərinə qətiyyətli dəstəyini bir daha bəyan edir. 2020-ci il martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” bu məqsədə xidmət etmir və ya Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə, ya da davam edən danışıqlar prosesinin nəticələrinə təsir edə bilməz.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.