QAN YADDAŞI


Monteneqro mediası: Azərbaycan azadlığın dəyərini bilir

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin təşəbbüsü ilə Monteneqro mediasında 20 Yanvar faciəsindən bəhs edən “Azərbaycan azadlığın dəyərini bilir” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Şirin Hüseynzadənin müəllifliyi ilə yayılan məqalədə 20 Yanvar faciəsinin törədilməsinin Bakı sakinləri üçün gözlənilməz olduğu diqqətə çatdırılıb. O deyib: “Axı, necə ola bilər ki, yaşadıqları və uğrunda faşizmə qarşı vuruşduqları ölkə öz vətəndaşlarına hücum edə bilər”.

Həmin mürəkkəb dönəmdə bütün təhlükələrə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin cəsarətli addım ataraq ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldiyi, etiraz səsini ucaltdığı, hadisələri insanlığa sığmayan təcavüz və cinayət adlandırdığı, bu məsələdə şəxsən M.Qorbaçovu və Azərbaycanın o zamankı qeyri-peşəkar rəhbərliyini ittiham etdiyi, qoşunların Azərbaycanı dərhal tərk etməsi tələbini irəli sürdüyü bildirilib.

Qanlı 20 Yanvar hadisələrinə gətirib çıxaran səbəblər barədə müfəssəl məlumat verən müəllif qeyd edib ki, həmin gün xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib, Vətən müharibəsindəki Qələbəmiz isə müstəqilliyin dəyərini bildiyimizi bir daha təsdiqləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.