SİYASƏT


Monteneqro mediasında Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edilib

Bakı, 11 may, AZƏRTAC

Monteneqro mediasında Azərbaycanın görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tanınmış publisist Bojidar Prororiçin qələmə aldığı məqalədə xalqımızın Ümummilli Liderinin həyat və fəaliyyəti, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və inkişafı naminə həyata keçirdiyi siyasi kurs barədə ətraflı məlumat verilib.

“Heydər Əliyevin azərbaycanlıların qəlbini fəth etməsindən və onların könlündə əbədi qalmasından yarım əsrə yaxın vaxt keçir. Heydər Əliyev dahi insan, tarixi şəxsiyyət idi, belə insanlar bir dəfə üzə çıxır və ən çətin anlarda, məhz onlara ən çox ehtiyac duyulan anda gəlir və azadlıq işığı ilə əbədi parlayırlar. Heydər Əliyev özünün parlaq baxışları ilə hələ sağlığında Azərbaycan xalqının milli-iqtisadi dirçəlişinin liderinə çevrildi, həyatdan cismən gedəndən sonra da xalqının hörmətini, məhəbbətini itirmədi. O, hər bir azərbaycanlı üçün ideala, dünyanın bir çox siyasətçiləri və liderləri üçün isə əlçatmaz şəxsiyyətə çevrildi. İndiki Azərbaycana nəzər salsaq, əminliklə deyə bilərik ki, Heydər Əliyev öz ölkəsinin gələcəyini öncədən görən insan idi”, - deyə müəllif məqaləsində vurğulayıb.

Qeyd edək ki, Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin rəhbəri, Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Monteneqro üzrə əlaqələndiricisi Seyran Mirzəzadənin təşəbbüsü ilə məqalə yerli saytlarda yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.