SİYASƏT


Monteneqro mətbuatı Azərbaycanda keçiriləcək Formula 1 Qran-Prisindən yazıb

Monteneqro, 7 fevral, AZƏRTAC

Monteneqronun ictimai radio və televiziya xidmətinin internet səhifəsində Formula 1 Azərbaycan Qran-Prisi barədə məlumat yayılıb (http://www.rtcg.me/sport/ostali-sportovi/229785/trka-formule-1-u-azerbejdzanu-do-2023.html).

AZƏRTAC xəbər verir ki, məlumatda Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin Azərbaycana səfəri çərçivəsində Qran-Prinin Bakıda 2023-cü ilədək keçirilməsinə dair müqavilənin imzalandığı qeyd olunub. Həmçinin məqalədə Azərbaycanda 2016-cı ildə ilk dəfə Formula 1 Qran-Prisinin keçirilməsi və builki yarışın möhtəşəm rəqabət şəraitində keçəcəyi bildirilir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Monteneqro

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.