QAN YADDAŞI


Monteneqro mətbuatında 20 Yanvar faciəsinin otuzuncu ildönümü geniş işıqlandırılıb

Podqoritsa, 20 yanvar, AZƏRTAC

Azərbaycanın qanlı səhifələrindən biri kimi yazılmış 20 Yanvar faciəsinin 30-cu ildönümü Monteneqro mətbuatında geniş işıqlandırılıb.

Məqalələrdə bildirilir ki, 20 yanvar tarixi Azərbaycan xalqının öz milli dövlətçiliyinin yenidən bərpası uğrunda mübarizəsinin şanlı səhifələrindən biridir. Qeyd olunub ki, həmin gün Azərbaycan tarixində qanlı səhifə olmaqla yanaşı, xalqın müstəqillik amalına, demokratik dəyərlərə çatmaq arzusuna, qəhrəmanlıq ənənələrinə sadiqliyini və Vətənin azadlığı uğrunda canından keçməyə hazır olduğunu totalitar sovet rejimini hər vəchlə saxlamağa çalışanlara bir daha nümayiş etdirib.

Yazıda vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Həmin günlər keçmiş SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində dinc əhali xüsusi amansızlıqla öldürülüb, yaralanıb və qanunsuz həbs olunub. Şəhid olanlar arasında qocalar, qadınlar və uşaqlar var.

Bu qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bildirib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.