MƏDƏNİYYƏT


Monteneqro mətbuatında Qobustan barədə məqalə dərc olunub

Bakı, 10 iyul, AZƏRTAC

Monteneqro mətbuatında Qobustan haqqında məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi dünyanın 120-dən çox ölkəsini gəzən monteneqrolu macəraçı Edin Krniçidir. Məqalədə Bakının heyranedici gözəlliyindən, Qobustan Milli Tarixi-Bədii Qoruğundan bəhs edilir. Müəllif oxucuları Azərbaycanı ziyarət etməyə çağırır.

Edin Krniçini Monteneqronun “Portfelsiz Səfiri” də adlandırmaq olar. Çünki o, səfər etdiyi ölkələrin mədəniyyətini, tarixini, adət-ənənələrini öyrənməklə, araşdırmaqla yanaşı, həmin ölkələrdə Monteneqronu da layiqincə təmsil edir. Xalqları bir-birinə daha da yaxınlaşdırmaqdan zövq alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.