SİYASƏT


Monteneqro parlamentinin sədri Azərbaycana səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində görüş keçirib

Bakı, 19 yanvar, AZƏRTAC

Monteneqro parlamentinin sədri Aleksa Beçiç Azərbaycana rəsmi səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində görüş keçirib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, görüşün məqsədi hər iki tərəfin mövcud pandemiya şəraitinə baxmayaraq, qarşılıqlı əlaqələri gücləndirməsi, noyabr ayında Bakıda Azərbaycan Respublikasının Prezidentinin himayəsi ilə keçirilmiş 8-ci Qlobal Bakı Forumu və Mərkəzin Qərbi Balkanlarda reallaşdırdığı layihələrin müzakirəsi olub. Həmçinin, 2022-ci ildə Mərkəzin Monteneqroda təşkil edəcəyi ali səviyyəli toplantı haqqında məlumat verilib.

Səfər zamanı Aleksa Beçiç və digər rəsmilər dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmalarından ibarət sərgi ilə tanış olublar.

Görüşdə Monteneqro parlamentinin üzvü Boris Boqdanoviç, bu ölkənin Azərbaycandakı səfiri Perişa Kastratoviç və fəxri konsul Vüqar Əliyev də iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.