CƏMİYYƏT


Monteneqro portalları Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı xəbərlər yayıb

Bakı, 12 aprel, AZƏRTAC

Monteneqronun geniş oxucu kütləsinə malik volimpodgoricu.me və dijaspora.news portallarında Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsi haqqında məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə hazırda erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdərə rayonunun sakinləri, Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsindən söz açılır. Bildirilir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını və körpənin ailəsini təbrik ediblər. Bununla əlaqədar Bakıda atəşfəşanlıq və konsert təşkil olunub.

Məqalədə, həmçinin qeyd edilir ki, bu, Azərbaycanın davamlı inkişaf yolunda olmasını və ölkənin bütün sahələrdə güclənməsini göstərir. Eyni zamanda, Azərbaycan dövlətinin insan kapitalını çox önəmli hesab etdiyi bildirilir. Hökumətin əsas məqsədləri yoxsulluğun azaldılmasında və həyat səviyyəsinin yüksəldilməsində uğurlar qazanmaq, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əhalinin rifahını artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.